Tar və piano üçün jazz-pop repertuarı... - + FOTOLAR (AZpress.AZ – Əqdəs Bağırzadə)

Tar və piano üçün jazz-pop repertuarı... + FOTOLAR (AZpress.AZ – Əqdəs Bağırzadə)

İsveçrə hökuməti özünün İnkişaf və Əməkdaşlıq Agentliyi vasitəsilə tar və piano üçün musiqi notlarının yazılması və çap olunması üzrə layihə maliyyələşdirmişdir. Çap olunmuş kitaba 20-ci əsrin çox məşhur pop və cazz musiqilərinin tar və piano üçün notları salınmışdır. Kitabın Milli Konservatoriyanın dərs proqramına daxil edilməsi planlaşdırılır. Kitab geniş ictimaiyyətə bir konsert vasitəsilə təqdim olunmuşdur. Konsertdə məşhur tarzən Şəhriyar İmanov kitabdan parçalar səsləndirmiş, onu pianoda Tural Rafail müşaiyət etmişdir. Bəzi musiqi parçaları isə rəqslə də müşaiyət olunmuşdur. Tədbir Milli Konservatoriyada keçirilmişdir.

 

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və İsveçrə Səfirliyinin Missiya Rəhbərinin Müavini Simona Haberli tamaşaçıları salamlayaraq tədbiri açmışlar. Musiqiçilərin təqdim etdiyi hər bir parça auditoriya tərəfindən həvəslə alqışlanmışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !