Simon Heberli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur - (+FOTOLAR)

Simon Heberli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 19 fevral 2019-ci il tarixində İsveçrənin Cənubi Qafqaz üzrə Azərbaycandakı Əməkdaşlıq Bürosunun direktor müavini Simon Heberli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur. Simon Heberli BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və İsveçrə arasında mədəni sahədə ikitərəfli əməkdaşlığın perspektivləri, Azərbaycandakı İsveçrə Əməkdaşlıq Bürosu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə İsveçrənin Milli Gününə həsr olunmuş konsert proqramı, ölkəmizdə keçirilən beynəlxalq musiqi tədbirləri haqqında söhbət aparılmış, birgə layilərin keçirilməsi imkanları müzakirə olunmuşdur. Eyni zamanda ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !