Paytaxtın bir neçə istiqamətində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir - (+FOTO)

Paytaxtın bir neçə istiqamətində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir (+FOTO)

 AZpress.AZ xəbər verir ki, paytaxtın bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Təbii ki, bu da haqlı olaraq,budanma vaxtında və düzgün aparılırmı?-sualını yaradır.

Bununla bağlı mütəxəssis rəyinin alınmasına, tövsiyələrin verilməsinə zərurət yarandığı üçün ETSN-nin mütəxəssisi Rəhim İbrahimov suallara cavab verib.

 

İndiki vaxtda budanma aparılması nə qədər düzgündür, indi zamanıdırmı?

Bəli, hazırda budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırmaməqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən,əsasən isə xəstə,quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

 

Budanma necə aparılmalıdır, ağac növünə görə fərq qoyulmalıdırmı?

Bəli, fərq qoyulmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır.Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşaratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.

 

Havaların isti keçməsi budanmaya təsir göstərirmi?

Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz.Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da məsələyə münasibət bildirib. İstər ictimai yerlərdə, istərsə də fərdi sahələrdə yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqlaaqrotexniki qaydalara uyğun həyata keçirilməlidir. Yaşıllıqların qorunması üçün vətəndaşlarımızı və bu işlə məşğul olan hər kəsi mütəxəssislərin məsləhətlərinə əməl etməyə və tövsiyələrindən yararlanmağa çağırırıq. Sonda İ.İbrahimova bildirib ki, yaşıllıqlara düzgün xidmət göstərilməsi məqsədilə hər bir vətəndaş Nazirliyin mütəxəssislərinə müraciət edə bilər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !