Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş "Qarabağ" adlı ədəbi-bədii gecə... - + FOTOLAR (AZpress.AZ – Sadıq Əliverdibəyli)

Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş "Qarabağ" adlı ədəbi-bədii gecə... + FOTOLAR (AZpress.AZ – Sadıq Əliverdibəyli)

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi bədii gecə keçirildi. Gecədə Xalq artistləri Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Aygün Bayramova, İlham Namiq Kamal, Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Şəhriyar İmanov (tar), Təyyar Bayramov, Tahir İmanov, Şirzad Fətəliyev (balaban), Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları iştirak etdilər. Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi izqoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxşedib.Azərbaycan Televiziyası Mədəniyyət kanalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarımızın bəstələdiyi əsərlər səsləndirildi. Konsertdə Süleyman Ələsgərovun musiqi sevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göy-göl”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Qarabağ”, “Bilsəmsəngəlirsən” vədigərmahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olundu.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !