Horizon-2020 proqramı üzrə maarifləndirici seminar keçirilib - (+FOTOLAR)

“Horizon-2020” proqramı üzrə maarifləndirici seminar keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Botanika İnstitutunda Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirilib. Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və meşəçilik, dəniz və daxili su hövzələri tədqiqatları və bio iqtisadiyyat istiqaməti üzrə milli əlaqələndirici şəxs Ferid Seyfullayev "Horizon 2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verib. Əyani olaraq Horizon 2020 veb səhifəsində qeydiyyatdan keçmək, çağırışların tapılması və partnyor axtarışı necə aparılmasını göstərib.

Daha sonra Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov "Horizon2020" üzrə qalib layihəsi barədə danışaraq təcrübələrini bölüşüb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !