ADAU əməkdaşları Zaqatala DAİM-də təlim keçiblər - (+FOTOLAR)

ADAU əməkdaşları Zaqatala DAİM-də təlim keçiblər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2019-cu il fevralın 15 –də Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin professor-müəllim heyəti Zaqatala rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzində ( DAİM) “Perspektiv taxıl sortları, onların becərilmə texnologiyası və toxumçuluğu” mövzusu üzrə təlim keçmişdirlər.

İlk ziyarət Ulu öndər Heydər Əliyevin abidəsindən başlamışdır.

Giriş sözü ilə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə tədbiri açmışdır.
Daha sonra aqronomluq fakültəsinin dekanı, dosent Məhərrəm İsmayılov ADAU haqqında təqdimat ilə çıxış etmiş, videoçarx izlənmişdir.

Dosent , ADAU-nun professoru Firudin Qurbanov “Perspektiv taxıl sortları, onların becərilmə texnologiyası və toxumçuluğu”, dosent Aytəkin Məmmədova Dənli taxıl bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, baş müəllim Ramiz Əsgərov “Dənli taxıl bitkilərinin əsas zərərvericiləri və onlarla mübarizə üsulları” mövzusunda məruzələr ilə çıxışlar etmişdirlər.

Təlimdən sonra Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən ibarət Aqrar İnkişaf Könüllüləri birliyi yaradılmış, onların iş planı tərtib edilmiş və inkişaf toplantıları keçirilmişdir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !