Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I beynəlxalq müsabiqəsi - (+FOTOLAR)

Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I beynəlxalq müsabiqəsi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 06.02.2019-cu il tarixində Ü.Hacıbəyli adın Bakı Musiqi Akademiyasında görkəmli violinoçu, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I Beynəlxalq müsabiqəsinin açılış mərasimi baş tutmuşdur. Müsabiqənin ideya müəllifi, təşkilatçısı Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azad Əliyevin tələbəsi olmuş Məleykə Əhədzadədir.

Müsabiqənin münsiflər heyəti arasında Azərbaycanın görkəmli xadimləri, Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələrdən nümayəndələr, N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan), L.Barştak(İsrail), F.Masuda (Özbəkistan) vardır. Münsiflər heyətinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məleykə Əhədzadədir.

Müsabiqə 06-09 fevral tarixləri ərəfəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək. Müsabiqədə iştirak üçün Özbəkistan, Ukrayna, Qazaxıstan, Rusiya və Azərbaycandan iştirakçılar qatılmışlar.

Müsabiqə 4 nominasiyada keçirilir: violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı.
Müsabiqənin açılış tədbirində Ü.Hacıbəyli adına Bakı Musiqi AkademiyasınınTədris işləri üzrə Birinci prorektor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva rektorluq adından gələn qolaqları salamladı və iştirakçılarauğurlar dilədi. Daha sonra Müsabiqənin təşkilatçısı, professor Məleykə Əhədzadə münsiflər heyətini iştirakçılara, qonaqlara təqdim etdi. İlk söz Təşkilat komitəsinin sədri, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovaya verildi. O, sənətkarın yaradıcılığı haqda çıxış etdi. Sonra onun tələbələrindən İsraildə fəaliyyət göstərən, münsiflər heyətinin üzvü Leonid Barştak Azad Əliyev haqda öz xatirələrini danışdı. Onun necə böyük sənətkar olmasından, insani keyfiyyətlərindən söz açdı. Münsiflər heyətinin üzvi, görkəmli violinoçu Azad Əliyevin oğlu, müsabiqəyə Türkiyədən münsif kimi qatılan Nazim Azadoğluya söz verildi. N.Azadoğlu atasının sənətindən, yaradıcılığından iştirakçıları, gələn qonaqlara söz açdı.

Münsiflər heyəti iştirakçılara uğurlar diləyib müsabiqəni açıq elan etdilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !