ELEKTRA EVENTS HALL-da Gənclər Gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib - (+FOTOLAR)

ELEKTRA EVENTS HALL-da Gənclər Gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Fevral ayının 2-si ELEKTRA EVENTS HALL-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi baş tutub.

Bu gənclərin sırasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, görkəmli bəstəkar Arif Məlikovun tələbəsi olmuş, gənc bəstəkar İsrafilova İlahə musiqi sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə ilin gənci adını alaraq, diplom və mükafatlarla təltif olunub. Gənc bəstəkar gənclərə hər zaman dəstəka göstərən Dövlət başçısı İlham Əliyev başda olmaqla, Gənclər və İdman Nazirliyinə eləcə də Azərbaycan Bəstəkarlar İttifaqına dərin minnətdarlığını bildirib.

Təbrik edirik!

 

 

Lalə Namiqqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !