AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı... - - Osman Gündüz yazır..

AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı... - Osman Gündüz yazır..

AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı fikirlər səslənir.
Son dövrlərdə Prezident tərəfindən dövlət sektorunda optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi , büdcə xərclərinə qənaət istiqamətində atılan addımlar baxımından bu məsələ daha da aktuallaşıb.
Xatırlayıram ki teleradio fəaliyyəti və İTV ilə əlaqəli qanunvericilik aktları müzakirə olunanda bu məsələ də ciddi müzakirə predmetinə çevrilmişdi.
Hazırda AzTV-də islahatların, müəyyən dəyişikliklərin aparıldığı bildirilir.
Təəssüf ki İTV hələlik gözləntiləri doğrultmayıb. İTV-nin “qızıl dövrünü” indiyədək nəinki qaytarmaq, heç yaxınlaşmaq mümkün olmayıb.
Yeni rəhbərlik gələndən, Yayım Şurası yenilənəndən sonra sadəcə Xəbərlər proqramına və studiyalara bir az əl gəzdirilib. Vəssalam.
Qanunvericiliklə İTV qarşısına qoyulan vəzifələrin icrası və prinsiplərə əməl edilməsi sahəsində ciddi problemlər qalmaqdadır.
Plüralizm prinsipinə əməl etmək isə ümumiyyətlə yaddan çıxıb.
Hərdən mənə elə gəlir ki, AzTV bu baxımdan daha öndədir.
Hazırda dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskussiyaların aparılmasına ehtiiyac var.
Parlamentin, vətəndaş cəmiyyətinin və biznes sektorunun bu islahatlarda iştirakı və dəstəyi ilə bağlı, verə biləcəyi töhfələrlə bağlı efirdə faydalı bir şey tapmaq çox çətindir.
Təəssüf ki bu tip müzakirələr hələlik yalnız sosial mediada aparılır.
AzTV və İTV -yə dövlət büdcəsindən xeyli vəsaitlər ayrılır.
Ümid edirəm ölkədə KİV siyasətini müəyyən edənlər efir məkanın canlandırılmasına, dövlət büdcəsindən maliyyələşən TV-lərdə zəruri islahatların aparılmasına ciddi diqqət yetirəcəklər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !