Məşhur olanda adamın əlinə zurna vermirlər... - - Seymur Verdizadə yazır..

Məşhur olanda adamın əlinə zurna vermirlər... - Seymur Verdizadə yazır..

...Yaradıcı adam ancaq istedadına güvənə bilər. İstedadlı adam dünyanın heç bir yerində, o cümlədən, bizim günəşli vətənimizdə acından ölmür. İlqar Əlfini tanıyırsınız? İlqar müəllim vaxtilə "Dalğa" verilişinin aparıcısı olanda, pərəstişkarlarından hər gün bir kisə məktub alırdı. Telekanalların qapıları üzünə bağlı olduğu üçün indi əvvəlki qədər məşhur olmasa da, əvvəlkindən daha məhsuldardır. Ləyaqətini qarnından üstün tutan bütün alicənab adamlar kimi o da öz istedadının çörəyini yeyir. 2018-ci ildə İlqar müəllimin tərcümə etdiyi beş kitab çap olunub. Altı kitab isə çapa hazırdır, bu gün-sabah işıq üzü görəcək. Dava-dalaş salmadan, qalmaqal yaratmadan öz işi ilə məşğul olan, cəmiyyətə fayda verən belə insanlar az deyil. Bu cür faydalı işlər görməyimizə heç kim mane olmur. Nizamini inkar etməklə, Füzulini söyməklə, Nəsimini kötəkləməklə böyük şair, yazıçı, publisit olmaq mümkün deyil. Birdəfəlik anlamaq lazımdır ki, sənin kasıb olmağında 9 axçanın xiffəti ilə bu dünyadan köçən binəva Füzulinin heç bir günahı yoxdur.... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !