Görkəmli kamança ifaçısı və əziz müəllimimin yubileyinə - (+FOTOLAR)

Görkəmli kamança ifaçısı və əziz müəllimimin yubileyinə (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan xalqının könlündə milli musiqi ifaçılarımızın yeri hər zaman əziz olub. Bu ifaçılar sırasında həyatının 50 ildən artığ müddətini qədim kamança alətinə həsr edən tanınmış ifaçı,əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, hörmətli müəllim,geniş qəlbli insan, professor Arif Əsədullayevin yeri vardır.O, milli musiqi pleyadasında öz layiqli yerini tutmuşdur.2019-cu il yanvarın 22-də Arif müəllimin 70 illik yubileyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika ” elmi-tədqiqat laboratoriyasında təmtəraqlı şəkildə qeyd edilmişdir.Laboratoriyanın bütün üzvləri yubilyarı təbrik etmiş ürəkdən gələn arzularını çatdırmışdılar.Xüsusən,Bakı Musiqi Akademiyasının elm və yaradıcılığ işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi,professor Gülnaz Abdullazadə,laboratoriyanın müdiri,sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoruNuridə İsmayılzadə və aparıcı elmi işçi Ariz Abduləliyevin çıxışları yadda qalan olmuşdur.Digər çıxış edənlər arasında kadrlar şöbəsinin müdiri Sevda Axundova, laboratoriyanın akustika üzrə mütəxəssisi Zeynal İsayevolmuşdur.Sonda ona bütün laboratoriya adından hədiyyələr verilmişdir.Mən də öz növbəmdə bakalavrda oxuduğum müddətdəmüəllimim olmuş əziz Arif müəllimə uzun ömr, can sağlığı, bütün arzularının həyata keçməsini və onun adının xalqımızın qəlbində yüzilliklər boyunca yaşamasını diləyirəm!


Əfəndiyev Ayxan

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !