İranə Qasımovanın kitab təqdimatı keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

İranə Qasımovanın kitab təqdimatı keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Yanvarın 22i Bakı Kitab Mərkəzində gənc şairə və yazıçı İranə Qasımovanın "İrrasionallığın üstünlüyü" adlı şeir kitabının təqdimatı baş tutub. AZpress.AZ saytının verdiyi məlumata görə, tədbiri açıq elan edən Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Anarqızı müəllifin kitabından bəhs edib: "Lirik sevgi mövzusunda yazılan, qəlb oxşayan sözlər hər zaman gözəldir və hər bir könlün açarıdır. Məhz İranə xanımın yazdığı şeirlər də bu təcəssümün bariz nümunəsidir. Hər kəsi bu kitabı oxumağa dəvət edirəm".
Təqdimat zamanı müəllif qonaqlar üçün seçilmiş şeirlərini həzin musiqi və video çarxlar fonunda səsləndirib. Tədbir zamanı gənc aktyorlar Zaur Şəfiyev və Rumiyyə Ağayevanın ifasında müəllifin şeir toplusundan nümunələr səslənib. Qeyd edək ki, İranə Qasımovanın müəllifi olduğu"İrrasionallığın üstünlüyü" kitabı rus dilindədir. Müəllif hal-hazırda daha bir şeir kitabının üzərində çalışdığını bildirib. Tədbirin sonunda müəllif oxucular üçün kitablarını imzalayıb.
Tədbir zamanı qonaqların xüsusi marağına səbəb olan məqamdan biridə pianoçu Nərgiz Əliyeva və müğənni, fleyta ifaçısı Oya Ərgün tərəfindən dinləyicilər üçün dünya musiqi incilərindən parçalar ifa olunub.
Müxbir: Ləman Bakuvi 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]