Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək
Bu xəbəri paylaş
2019-cu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq.
AZpress.AZ -ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:
"Həmçinin ilin sonuna kimi "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə "Bakıkart"dan nə qədər istifadə etdiyi bilinəcək.
Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )