Ağcabədidə növbəti maarifləndirici tədbir keçirilib... - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə növbəti maarifləndirici tədbir keçirilib... + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Yanvarın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması Muğanlı kənd məscidində“Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi”mövzulu layihə çərçivəsində “Zərərli vərdişlərə qarşı mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Mərdan Rzayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsimov, icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev bildirdi ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Zərərli vərdişlərə qarşı mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Milli-mənəvi dəyərlər baxımından əhəmiyyətli məsələ olan ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərilib.
Məruzə ətrafında Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Mərdan Rzayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsimov, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri və imamı Elnur Sadıqov və Ağcabədi rayonu Rəncbərlər kənd məscidinin mütəvəllisi Xəlil Qədirov çıxış edərək müqəddəs kitabımız olan Qurani Kərimdən və peyğəmbərimizin ailə haqqındakı hədislərindən bəhs etmişdirlər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi açıldı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !