Əflatun Amaşov medianı təşviş və təlaş yaradan sərlövhələrdən istifadə etməməyə çağırdı... - (+FOTOLAR)

Əflatun Amaşov medianı təşviş və təlaş yaradan sərlövhələrdən istifadə etməməyə çağırdı... (+FOTOLAR)

Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılmış mülahizənin gerçəklik kimi qəbul edilmə təhlükəsi yaranır.

Mövcud durumda bütün kütləvi informasiya vasitələri təmsilçilərinin məsələyə həssas yanaşmalarını istərdik. Heç bir şaiyənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir. Media peşəkar davranmalıdır, üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir. Belə vəziyyətlərdə IP toplamaq naminə guya vacib xəbər yayırmış kimi təşviş yaradan sərlövhələr seçmək, əsassız düşüncə və mülahizələri gündəmə gətirmək yalnız qeyri-peşəkarlıq deyil, ümumilikdə vətəndaş cəmiyyəti dəyərlərinə aşkar həqarətdir.

Müvafiq dövlət qurumları da sosial şəbəkələrdə yayımlanmış fikirlərin cəmiyyətdə təlaş doğura biləcəyini düşünməli, operativ reaksiya verməli, medianı operativ məlumatlarla təmin etməlidirlər. Ötən illərin təcrübəsi göstərir ki, rəsmi məlumatsızlıq şaiyələrin gerçəklik kimi ictimai rəyə yansıması üçün əsas yaradır. Buna qətiyyən yol vermək olmaz. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !