Yaqub Zurufçu konsert turnesindən qayıdıb - (+FOTOLAR)

Yaqub Zurufçu konsert turnesindən qayıdıb (+FOTOLAR)

Həmvətənlərimizin istəyi və dəvəti ilə hər il ABŞ-da və Kanadada öz bənzərsiz səsi, mahnıları ilə çıxış edən görkəmli müğənnimiz Yaqub Zurufçu budəfəki səfərində azərbaycanlıların daha çox məskunlaşdığı Toronto (Kanada) şəhəri ilə yanaşı ilk dəfə olaraq Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində də geniş konsert proqramı ilə tamaşaçılara böyük sevinc bəxş etmişdir.
Hər ifası alqışlarla qarşılanan müğənni populyarlıq qazanmış "Azərbaycan", "Təbrizim", "Ayrılıq", "Ana", "Dəniz", "Sarı gəlin" və digər mahnıları ilə yanaşı repertuarına yeni daxil etdiyi mahnılarla da tamaşaçıların rəğbətini qazanmışdır.
Yüzlərlə həmvətənimiz, həmçinin amerikalı və kanadalı musiqisevərlər qarşısında konsertləri uğurla başa çatan sənətkar növbəti "mahnı səfəri" ilə dünya azərbaycanlılarının həmrəylik hərəkatına az da olsa bir töhfə verə bildiyindən məmnunluğunu bildirərək, qeyd etmişdir ki, öz mahnıları ilə Vətən həsrətli həmvətənlərimizin Azərbaycan sevgisini, bir-birinə olan doğmalıq, mehribanlıq hissini müəyyən dərəcədə gücləndirə bildiyinə görə özünü xoşbəxt sanır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !