Gəncləri Azərbaycanda etiraza çağıran imamdan geri addım -

Gəncləri Azərbaycanda etiraza çağıran imamdan geri addım

 Ötən günlərdə ərdəbilli gəncləri Təbriz əleyhinə etiraza çağıran Ərdəbilin imam cüməsi Həsən Amuli geri addım ataraq, Təbriz şəhərini "böyük qardaş" adlandırıb. AZpress.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan H.Amuli çıxışında xüsusi məqsəd güdmədiyini deyib.

 

“Təbriz ağadır (böyükdür), ağa da qalacaq. Təbriz əhalisi hər zaman bizim böyük qardaşımız olub, belə də olacaq. Təbriz dünya azərbaycanlılarının fəxridir və hər zaman da belə qalacaq”, - o bildirib.

 

Qeyd edək ki, H.Amuli ötən günlərdə ərdəbilli gənclərlə Təbrizin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırdığını bildirmişdi. O, Ərdəbil Əyalətində yerləşən İmarət kəndinin Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycan Əyalətinə ilhaq edilməsi ilə bağlı xəbər yayıldıqdan sonra belə bir açıqlama ilə çıxış etmişdi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !