...Ərəb və iranlı turistlərin Azərbaycana gəlməkdən imtinanın səbəbi... - - Elçinin dinc durmayan dilindən

...Ərəb və iranlı turistlərin Azərbaycana gəlməkdən imtinanın səbəbi... - Elçinin dinc durmayan dilindən

Mətbuatdan məlum olur ki, yeni il bayramlarında ərəb və iranlı turistlərin Azərbaycana gəlməkdən imtinanın səbəbi qiymətlərin baha, xidmətlərin isə zəif olmasıdır.

 


P.S. Bakı və rayonların əhalisini “paçka-paçka” dollarları ilə təəccübləndirən və kobud rəftarları ilə xalqımız arasında antipatiya qazanan ərəblər, bu gündən sonra bir özlərindən deyəndə, beş də bizdən desinlər. Di gedin, adamın dalına, mədəni sürətdə təpiyi vurub, belə yola salarlar ha... Qadasını aldığım iaşə obyektlərini, otelləri işlədən qaqaşlar, ərəblərə elə qiymətlər oxuyurdular ki, qara ərəblərin heyrətdən rəngləri ağappaq ağarırdı. Bunlar bizləri hərif bilmişdilər, mən ölüm. Sonra gördülər ki, bu “hərif”lər, onların pullarını mədəni sürətdə əllərindən necə alıb, özlərini də birdəfəliık yola saldılar... Amma maraqlıdır, cibi dollarla dolu olan ərəblər qiymətlərin kəllə çarxa çıxmasından bezib, burdan qaçdılıar. Bəs onda hər gün bu baha qiymətlərlə üz-üzə qalan biz dəvəsi ölmüş ərəblər başımıza haranın daşını salaq? 

Elçin Məmmədli

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !