Ədalət Şükürov: - Bir gecənin içində iflas olduq (+VIDEO)

Ədalət Şükürov: Bir gecənin içində iflas olduq (+VIDEO)

Əməkdar artist Ədalət Şükürov iflas olmasından danışıb.

BAKU.WS xəbər verir ki, "5-də 5" verişinin qonağı olan Şükürov ona uğursuzluq gətirən, yada salmaq istəmədiyi illərdən söz açarkən 1998-ci ildə yaşadıqlarından danışıb.

 

Vaxtilə Rusiyada bizneslə məşğul olan ifaçı ölkədə baş verən devalvasiya nəticəsində bir gecənin içində iflasa uğradığını bildirib:

 

"O vaxtın nəhəng bir şirkətində işləyirdim. Alüminiumla məşğul idik. Bundan başqa böyük bir nəşriyyatımız vardı. Çox tanınmış bir şirkət idi. Mən Sankt-Peterburq filialına rəhbərlik edirdim. Pulun miqdarı Rusiyada düşdü və biz bir gecənin içində iflas olduq. Elə bil 100 manatın vardı, səhər yuxudan oyananda 1 qəpik oldu".

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !