"Sehirli simlər" violinçular ansamblının debüt konserti - FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

"Sehirli simlər" violinçular ansamblının debüt konserti FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

 Dekabır ayının 28-i Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdnində yaradılmış "Sehirli simlər" violinçular ansamblının debüt konserti keçirilmişdir.Konsert" Yeni il "və "Dünya azərbaycanlılarının həmrəylik günü"nə həsr olunmuşdur, Ansamblın bədii rəhbəri Niyazi adına 22 saylı Uşaq Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayevadır. Konsertdə giriş sözü ilə İ.Ağayeva çıxış edərək ansamblın yaranma tarixi və məqsədindən danışdı.Sonra isə dinləyicilərə biri birindən gözəl musiqi əsərləri təqdim olundu .Gənc ifaçıları səhnədə müşayiət edən Respublika və Beynəlxalq müsabiqələr laureatı Ləman Hüseynova və Fəqan Həsənlinin ifaları yüksək professionalliqları ilə seçilirdi.
Ansambl V.Adıgözəlov "Lay-lay", Azərbaycan xalq mahnısı "Sarı gəlin", E.Elqarın "Salut ol Amur", O.Farresin "Quizas" və bir sıra başqa əsərləri ifa edərək dinləyicilərin musiqi zövqünə rəng qatdı.Gənc musiqiçilərin sehirli simlərindən çıxan əsrarəngiz musiqi tamaçaşılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Sonda Bekmanın " Yoloçka" və Pyerpontun "Cingle Bells" əsərlərindən parçalar hamının ürəyincə oldu.
Konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin işçiləri , Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Bakı şəhər Uşaq Musiqi məktəbinin direktorları və digər qonağlaq iştirak edirdi.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !