Ağcabədi rayonunda Qış nağılı adlı Yeni il şənliyi keçrilmişdi - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonunda Qış nağılı adlı Yeni il şənliyi keçrilmişdi + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

1 yanvar 2019- cu il tarixdə saat 10:00 –da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin kollektivinin məktəblilər üçün hazırladıqları bayram şənliyi keçirilmişdir.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bayram şənliyində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirmişdir. Əminliklə demək olar ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsini qeyd etmişdir.

Sonda natiq uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmiş, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır.

Daha sonra hazırlanan bayram şənlikləri böyük coşqu ilə davam etdirilmiş və Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin müəllimələrinin hazırladıqları,85 nəfər balaca fidanın iştirakı ilə “QIŞ NAĞILI” adlanan konsert proqramında Yeni İlə həsr olunmuş mahnılar, şerlər uşaqların böyük marağına və sevincinə səbəb olmuşdur.

Tədbirdə “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlamış, onlara 2019-cu il donuz ilində can sağlığı arzulayaraq, uşaqlara yeni il hədiyyələri paylamış və bayramlarını təbrik etmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !