Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Güvən” Dostluq və Xeyriyyə Cəmiyyətinin sədri Nigar Bayramlı,idarə- müəssisə rəhbərləri və ailələr iştirak ediblər.

Tədbiri YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz təbriklərini çatdırıb.

Ağcabədi RİH-nin başçısının I müavini, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, Ağcabədi sakinlərini, bayram təntənəsinə toplaşanları təbrik edib. Rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil etdiyini vurğulayıb. Bayram tədbirində bir daha dərindən dərk olunub ki, bütün bunlar Prezident İlham Əliyevin milli dövlətçiliyə, xalq maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir.

Tədbir rayonda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin balacalarının ifasında maraqlı səhnəciklər,rəqslər və müsiqi nömrələri ilə davam etdirilib.Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.
Şənliyinin sonunda uşaqlara hədiyyələr təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !