Ağcabədi rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü nə həsr edilmiş tədbir keçirilmişdir - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonunda “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş tədbir keçirilmişdir + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

AZpress.AZ xəbər verir ki, 28 dekabr 2018-ci il tarixdə Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva çıxış edərək, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və qarşıdan gələn Yeni il münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafında, qorunmasında hər zaman vətənə layiqli vətəndaş olmağı və gözəl günlər görməyi arzuladı. O, qeyd etdi ki, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Tədbir rayonun musiqi kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.Tədbirdə 350 nəfər iştirak etmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !