Bakı Musiqi Akademiyasında Fərhad Bədəlbəylinin doğum günü münasibətilə konsert proqramı təşkil edilib - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasında Fərhad Bədəlbəylinin doğum günü münasibətilə konsert proqramı təşkil edilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 25 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “İstiqlal” ordenli,professor Fərhad Bədəlbəylinin doğum günü münasibətilə professor-müəllim və tələbə heyətinin iştirakı ilə konsert proqramı təşkil edilib.Səhnəyə ilk öncə Xalq artisti, professor Zəhra Quliyeva gələrək tədbirin açılışı üçün öz sözlə çıxış edib. İllərini Azərbaycan musiqisinə həsr etmiş görkəmli pianoçunun ünvanına xoş arzularını dilə gətirən Zəhra Quliyeva daha sonra bütün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim, tələbə heyətinin və bütün musiqisevərlər adından BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylini təbrik edib. Bunun ardınca bir-birindən rəngarəng musiqi parçalarının ifası üçün hazırlanmış konsert proqramı bütün dinləyicilərə təqdim edilib. Belə ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblının ifasında (Bədii rəhbər və dirijor: BMA-nın baş müəllimi Naala Baratelia, Solist: Leyla Quliyeva) “Happy day” musiqi parçası səslənib. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə (Baş Dirijor: əməkdar artisti Fuad İbrahimov) Xalq artisti, professor Yeganə Axundova- L. Anderson “Çap maşını”, Emil Bağırov “Shalom Aleichem”,Seymur Həsənov- Azərbaycan xalq rəqsi “Uzundərə”, A.Piatsolo “Oblivion” əsərləri ifa olunub. Növbəti səslənən musiqi parçaları isə Sevda Məmmədli- Telman Hacıyev “Abşeron” vəGlarte kvartetinin ifasında (nəfəs alətləri kvarteti)- İ.Volante “American Filing”əsərləri idi.
Daha sonra isə “Fortepiano fakültəsinin” dekanı,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Nəzakət Rimazi,“Tarix-nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, BMA-nın elmi katibi, sənətşünaslıq namizədi, professor Leyla Məmmədova-Fərəcova səhnəyə gələrək ilk öncə öz ürək sözlərini cənab rektora çatdıraraq“Köhnə Qabelen” musiqi parçasını birgə ifa ediblər.

Musiqi nömrələri ilə yanaşı Xalq artisti, professor Fərhad Bədəlbəyliyə həsr olunmuş “Qiybətçilər” səhnəciyi təqdim edilib.Öz peşəkar ifaları ilə daima seçilən Xalq artisti, professorGülnaz İsmayılova, Əməkdar artistlər: Sabinə Əsədova, Fəridə Məmmədova, Respublika və Beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə“Qiybətçilər” səhnəciyini ifa edərək bütün dinləyicilər tərəfindən heyrət hissi ilə qarşılanıblar.

Maraqlı anlardan biri isə tədbirin sonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında “Happy Birthday” musiqi parçasının müxtəlif qərb bəstəkarlarının üslubunda səslənməsi olub. Böyük maraq doğuran konsertin sonunda bütün auditoriyanın birgə ifası və alqışı ilə tədbir gur alqışlar ilə sona çatıb.

Bizdə öz növbəmizdə sizi bu əlamətdar gün münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və sizi sevən tələbələrin adından təbrik edirik. Sizə bu şərəfli yaradıcılıq yolunda uğurlar arzu edir və can sağlığı diləyirik!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !