Şəki, Gəncə, Mingəçevir şəhərlərinin fəal tələbə-könüllüləri ilə görüşlər keçirilib (+FOTOLAR)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən region tələbə-könüllüləri ilə mütəmadi olaraq görüşlər keçirilir.
Dekabrın 22-24-də “Bir” Tələbə-Könüllü proqramının nümayəndələrinin Şəki, Mingəçevir, Gəncə şəhərlərində tələbə-könüllülər ilə görüşlər keçirilib. Görüşlərdə Proqramın növbəti il üçün tədbirlər planı, fəaliyyət istiqamətləri müzakirə olunub və BİR könüllülər üçün yaradılan imkanlar, onların üstünlükləri haqqında məlumat verilib. Həmçinin yeni qoşulan tələbə-könüllülərin seçim mərhələsi baş tutub.
“Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Masallı, Lənkəran daxil olmaqla 7 bölgədə təmsil olunur. Hər bir bölgənin tələbə-könüllülərinin şəxsi inkişafı, dünyagörüşünün genişləndirilməsi, könülllülük fəaliyyətinə marağın artırılması məqsədilə Proqram tərəfindən mütəmadi olaraq təlimlər, seminarlar, görüşlər və s. tədbirlər həyata keçirilir.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-ə yaxın çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş










