“Məni bəyənməyənlərin zövqü yoxdur" - Elçin yenə dilləndi
Bu xəbəri paylaş
Müğənni Nura Suri onun “Brilliantlar” klipini bəyənməyənlərə belə deyib: “Məni bəyənməyənlərin zövqü yoxdur”.
P.S. Ay Nura Suri və ya Sura Nuri, yaxud Nursuri xanım, nə qədər desən də ki, sənin “Brilliantlar” klipin son 5 ilin ən bahalı klipidir, xeyri yoxdur. Bizə bahalı klip yox, adi təbii səs-sənət lazımdır ki, bu da səndən çox-çox uzaqdır. O ki qaldı səni bəyənməyənlərin zövqünün olmamasına, bu da olan şeydir. Bilirsən, ay Nursuri xanım, istəyirsən səni bəyənsinlər, onda bir az da soyun, qoy baxsınlar və bundan sonra zövq barədə danışmaq olar. Bu yerdə şair Səhlədar Hidayətoğlunun “Müğənni qız” şeirindən bir bənd özü gəlib düşdü bura:
“Hanı o zövqlər, indi sən deyən?
Kimdi sənlə coşan, sənlə inləyən?
Görsən ki, səsini yoxdu dinləyən,
Sinəni bir az da aç, müğənni qız”.
Elçin Məmmədli
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )