İlk matçda epizodları düzgün qiymətləndirə bilmədik - - Baş məşqçi

“İlk matçda epizodları düzgün qiymətləndirə bilmədik” - Baş məşqçi

"İkiqat mübarizə apardıq. Təəssüf ki, ilk matçda epizodları düzgün qiymətləndirə bilmədik. Həmin matçda qol vura bilsəydik, bugünkü qələbə bəs edərdi". AZpress.AZ "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra söyləyib.

İtaliyalı mütəxəssis bildirib ki, mərhələ keçməməkləri klub və azarkeşlər üçün üzücü haldır: "Amma qarşıdan fasilə gəlir. Yaxşı hazırlaşmaq üçün imkanımız olacaq. Mövsüm ərzində zədəli və cəzalı oyunçular olur. Lakin heyətimizdən razıyam. Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər. Rəqib müdafiədən oynamağa, biz isə oyunu genişləndirməyə çalışırdıq. "Sumqayıt"ın futbolçuları vaxt uzatmağa çalışırdılar. Bu səbəbdən hakimlərə etiraz edirdim".

R.Bordin qış fasiləsində heyətdə hansı dəyişikliklər olunacağı ilə bağlı sualdan yayınıb. O, bunun üçün kifayət qədər vaxtlarının olduğu söyləyib.

Qeyd edək ki, ilk matçda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün yarımfinala vəsiqə qazanan "Sumqayıt" "Zirə"yə rəqib olub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !