Dövlət Gömrük Komitəsinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib (+FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, dekabrın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.Qulu Novruzov deyib ki.Heydər Əliyev irsi nə qədər öyrənilsə, nə qədər tədqiq və təbliğ olunsa da, yenə bu sahədə tədqiqatlara, araşdırmalara ehtiyac vardır. Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin təşəkkülündə, dövlətçilik ideyalarının, bütövlükdə güclü müasir Azərbaycan dövlətinin formalaşmasında yeri və rolununəvəzedilməz olduğunu vurğulayan Akademiya rəisi Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindənsöz açıb. O, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“İqtisadiyyat” ixtisasının 2-ci kurs, 410-cu qrup tələbəsi Orxan Yusifov və “Hüquqşünaslıq” ixtisasının 1-ci kurs, 220-ci qrup tələbəsi Cəbrayıl Məmmədzadə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlarla çıxış ediblər.

Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətovun “Heydər Əliyev fenomeni – arqumentlər və faktlar” mövzusunda məruzəsi dinlənilib.

Çıxışçılar ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildiriblər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışaraq onun tariximizdəki müstəsna rolundan bəhs ediblər.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]