Qəzəl - - Vüsalə Vətənxan

Qəzəl - Vüsalə Vətənxan

Qəzəl


Niyə gəlmişəm cahanə, başı bir bəlalıyam mən,
Nə vəfa görəndi könlüm, o qədər cəfalıyam mən.

 

Tükənib ümidim Allah, yaşamaq da çox çətindir,
Nə qədər sağamsa əhdə o qədər vəfalıyam mən.

 

Bürünüb libasi-eşqə çəkirəm cəfayi-hicrin,
Demədikcə ol nigarə qəmimi, həyalıyam mən.

 

Çıxa bilmədim qəfəsdən, gülə aşiqəm əbəsdən,
Necə bülbüləm ki, tənha qəfəsin vüsalıyam mən.

 

Mənə iffətimdi sərbənd, kim edərsə tənü rişxənd,
Yəqin anlamaz bir ürkək ürəyin məlalıyam mən.

 

Nə fəna məkan mənimdi, nə bəqa səadətimdi,
Mənə sevgi bəxş edənçün əbədi qəzalıyam mən.

 

Doğulub günəşlə birgə, açılıb çiçəklə, güllə,
Bu gözəl təravətimlə baharın misalıyam mən.

 

Belə nazu qəmzəm ilə olaram desən diləfruz,
Elə Mehritək bilirlər nə qədər ədalıyam mən.

 

Vüsalə Vətənxan Mehri 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !