Pakistanda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş seminar keçirilib (+FOTOLAR)

Pakistanda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Pakistanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Qadınların hüquq və imkanlarının artırılmasında liderlərin rolu” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı və Pakistan-
Azərbaycan Məzunlar Assosiasiyasının, eləcə də Pakistanın Xeybər Paxtunxva
əyalətinin Hökumət Qızlar Kollecinin birgə həmkarlığı ilə Azərbaycanın Ümummilli Lideri
Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Qadınların hüquq və imkanlarının
artırılmasında liderlərin rolu” mövzusunda seminar Pakistanın Xeybər Paxtunxva
Əyalətinin Saray Saleh, Haripur şəhərində keçirilib.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və Ümummilli Lideri Heydər Əliyevin
xatirəsinə quran ayəsinin oxunması ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın
Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanda qadınların social, siyasi, iqtisadi və
mədəni həyatda artan rolunu vurğulayaraq gender bərabərliyinin Azərbaycanın milli
dövlətçilik tarixində əhəmiyyətli nailiyyətlərdən biri olduğunu bildirib. Səfir 1918-ci ildə
Azərbaycanda vətəndaşlara universal seçki hüququnun verildiyini, bununla da
Azərbaycanın müsəlman dünyasında qadınlara seçki və digər siyasi hüquqlar verən ilk
dövlət olduğunu diqqətə çatdırıb.
Ölkəmizin yenidən müstəqilliyini qazandıqdan sonra qadınların cəmiyyətdə ilbəil artan
roluna toxunan səfir, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə
gəlməsinin Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatında yeni dönüş nöqtəsi
olduğunu bildirib. Azərbaycan qadınlarının problemlərinin həllinə və onların
cəmiyyətdəki rolunun genişləndirilməsinə Heydər Əliyevin xüsusi diqqət və qayğı ilə
yanaşdığını vurğulayan Əli Əlizadə, ulu öndərin rəhbərliyi ilə bu sahədə Hökumət
tərəfindən həyata keçirilmiş bütün islahatların Azərbaycan qadınlarının hüquq və
imkanlarını daha da artırdığını diqqətə çatdırıb.
Azərbaycanın Ümummilli Liderinin əsasını qoyduğu dövlət siyasətinin hazırda da uğurla
davam etdiyini qeyd edən səfir, Azərbaycan Prezidenti İlham Əliyevin qadın
məsələlərinin həllini dövlət siyasətinin prioritetləri sırasına daxil etməsinin bu
istiqamətdə böyük nailiyyətlər əldə etməyə imkan yaratdığını ifadə edib. Səfir hazırda,
Milli Məclisdə qadın deputatların sayının son 20 ildə 4 dəfə artdığını, Azərbaycanın
Birinci Vitse-Prezidenti, həmçinin bəzi digər müxtəlif dövlət qurumların rəhbərlərinin, iş
adamlarının müəyyən hissəsinin xanımlar olduğunu qeyd edib. Azərbaycan dövlətinin
və cəmiyyətinin təhsilə xüsusi diqqətlə yanaşdığını və böyük qiymət verdiyini bildirən
səfir, bu səbəbdən də qadınların 95%-nin Azərbaycanda orta məktəbi bitirdiyini,
qadınların hüquq və imkanlarının artırılması üçün təhsil və məşğullugun vacib amil
olduğunu diqqətə çatdırıb. O, Pakistan Hökumətinin qadınların hüquq və imkanlarının
artırılmasının təşviqi istiqamətindəki fəaliyyətini və bu sahədə həyata keçirilən islahatları
da vurğulayıb.
Seminarda ali qonaq qismində çıxış edən Pakistanın enerji üzrə federal naziri Ömər
Əyyub Xan, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi vəfatının ildönümündə
hörmətlə andığını, liderlərin rolunu və qadın hüquqlarının əhəmiyyətini vurğulayaraq,

bunun ümumi insan hüquqlarının bir hissəsi olduğunu söyləyib. Pakistan xalqının öz
insan hüquqlarını reallaşdıraraq daha güclü müstəqil Pakistan Dövlətini qurmaq qərarını
verdiyini izah edən nazir, İlham Əliyev və İmran Xanın müdrik və vətənpərvər rəhbərliyi
ilə hər iki ölkənin daha da inkişaf edəcəyini bildirib. O, bu prosesdə Pakistan və
Azərbaycan qadınlarının daim əhəmiyyətli rol oynayacağından əminliyini ifadə edib.
Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının həmtəsisçisi Qeysər Nəvab Pakistan
və Azərbaycan xalqları və hökumətləri arasındakı səmimi və qardaşlıq
münasibətlərindən danışıb, iki ölkənin gəncləri, qadınları arasındakı əlaqələrin
əhəmiyyətini vurğulayıb, gənclərin millətin gələcəyi olduğunu və qadınların hüquq və
imkanlarının artırılmasının önəmini qeyd edib.
Seminarın keçirildiyi Saray Saleh Haripur Hökumət Qızlar Kollecinin direktoru, professor
Azra Yasmin çıxış edərək, Azərbaycanın sosial həyatı və mədəniyyəti barədə biliklərini
paylaşıb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu
müasir Azərbaycanda qadınların çox yüksək hüquqlara malik olduğunu və bu hüquqları
bütün sahələrdə reallaşdırmağı bacardıqlarını bildirib. O eyni zamanda, Pakistan
cəmiyyətində qadınların artan rolunu əks etdirən faktlara toxunub, rəhbərlik etidiyi
kollecdəki nizam-intizamın və keyfiyyətli təhsilin Pakistan qadınlarının istedadının bariz
nümunəsi olduğunu vurğulayıb.
Seminarın sonunda kollec tələbələrinin sualları cavablandırılıb, həmçinin Azərbaycan-
Pakistan münasibətlərinə dair video materiallar nümayiş etdirilmiş, mövzu ilə bağlı
şeirlər, müxtəlif kitablar, kollec tələbələrinin çıxışları təqdim olunmuşdur. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]