Stressi azaldan maraqlı üsul... -

Stressi azaldan maraqlı üsul...

Müasir insanın həyatı streslərlə doludur. Çoxsaylı araşdırmalar stressin insan sağlamlığı üçün çox ziyanlı olduğunu təsdiq edib.

Təsdiq olunub ki, xroniki stress bir çox xəstəliklərin inkişafına (ürək-damar, endokrin, sinir, mədə-bağırsaq, şiş və s.) təkan verir.

Mütəxəssislər stressi azaltmaq üçün üsullar axtarır. Növbəti araşdırma göstərib ki, stressə qalib gəlmək üçün gün ərzində ən azı 45 dəqiqə ərzində şəkil çəkmək lazımdır. Alimlər sübut edib ki, hətta şəkil çəkə bilməyən və çox sadə "uşaq" şəkilləri çəkən insanlarda bu çox yaxşı nəticə verir.

IFLScience məlumatına görə, alimlər xüsusi eksperiment aparıblar. Eksperimentdə 39 insan (həm peşəkar rəssamlar, həm də rəssamlıq qabiliyyəti olmayanlar) iştirak edib. Onlara 45 dəqiqə ərzində istənilən materiallardan istifadə etməklə incəsənətin istənilən növü ilə məşğul olmağı təklif ediblər. Eksperimentdən əvvəl hər iştrakçının ağız suyunda stress hormonu olan kortizolun səviyyəsini təyin ediblər.

45 dəqiqədən sonra məlum olub ki, əksər iştirakçıların orqanizmində kortizolun səviyyəsi düşüb. Bu həm peşəkar rəssamlarda, həm də rəssamlıqdan uzaq olan insanlarda baş verirdi.

Art-terapiya streslə mübarizədə çox yaxşı effekt verib. Alimlər tez-tez streslərə məruz qalan insanlara stressi atmaq üçün incəsənətlə məşğul olmağı tövsiyə edirlər. saglamolun.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !