Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri - (+FOTOLAR)

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri (+FOTOLAR)

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdılar.

Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !