AzTU Bakutel-2018 də iki startapla təmsil olunur - (+FOTOLAR)

AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”də iki startapla təmsil olunur. AzTU tələbələrindən təşkil olunan “Eagle 2.0” və “Just” komandalarının yaratdığı eyniadlı məhsullar “Bakutel-2018”də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) startaplar üçün ayrılan pavlionunda sərgilənir.

4 dekabr 2018-ci ildə, “Bakutel-2018”in birinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailə üzvləri “Bakutel-2018” sərgisinə baxış keçiriblər. Prezident İlham Əliyev və ailə üzvləri startaplarla da, o cümlədən “Eagle 2.0” və “Just” komandalarının yaratdığı məhsullarla tanış olublar. Startapçı tələbələr öz ixtiraları haqqında prezidentə ətraflı məlumat veriblər.
Sərginin ikinci, üçüncü və dördüncü günləri startap məhsulları investorlara və digər ziyarətçilərə təqdim olunacaq.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !