Uilyam R. Gill Bakı Musiqi Akademiyasının qonağı olaraq BMA-nın rektoru, Fərhad Bədəlbəyli ilə görüşüb - (+FOTOLAR)

Uilyam R. Gill Bakı Musiqi Akademiyasının qonağı olaraq BMA-nın rektoru, Fərhad Bədəlbəyli ilə görüşüb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 3 dekabr 2018-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Uilyam R. Gill Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olaraq BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli ilə görüşüb. Görüşdəhəmçinin Amerika Səfirliyin Mədəniyyət işləri üzrə müşaviri Hayde Smit, Mədəniyyət proqramları direktoru Fərqani Əliyev və BMA-nın Beynəlxalqəlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirak ediblər.

Görüş zamanı ABŞ və Azərbaycan arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması və ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib.

Bundan başqa BMA-da caz musiqisinin daha da inkişaf etdirilməsində Amerika
caz musiqiçilərinin iştirakının artırılması və Amerika musiqi mədəniyyətinin əsas janrlarından hesab olunan müziklin Azərbaycanda təbliğ edilməsi və inkişafına dəstək verilməsi haqqında söhbət aparılıb.
Aparılan qarşılıqlı müzakirələrdən sonra cənab Uilyam R. Gill və heyətinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Lumineux vokal ansamblı (Bədiirəhbər və dirijor: BMA-nın baş müəllimi Naala Baratelia) və “Detaşe”violinoçular ansamblı (Bədii rəhbər: Xalq artisti, professor Zəhra Quliyeva),BMA-nın III kurs tələbəsi Niftiyev Elxan, BMA-nın IV kurs tələbəsi ƏmirliNəzrin və magistr pilləsinin I kurs tələbəsi Qüdrətli Ülkər tərəfindən kiçikkonsert proqramı təqdim edilib.

İfaçılar rəngarəng musiqi repertuarı ilə çıxış edərək (C.Qerşvin “A foggy day inLondon”, “Bağa girdim üzümə” xalq mahnısı, F.Şopen- 23 saylı etüd a-moll,F.Doppler “Duettino”, Q.Fore “Oyanış”, Q.Qarayev “Rəqs”) cənab WilliamR. Gill və heyətinə bənzərsiz anlar yaşadıblar.

Konsert proqramından sonra Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli cənab Uilyam R. Gilli BMA-nın tələbə heyətinə təqdim edib və ABŞ-ın Müvəqqəti işlər vəkili BMA-nın müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri ilə görüşüb.

Bunun ardınca Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Müvəqqəti işlərvəkili cənab Uilyam R.Gill onun Azərbaycan haqqında təssüratları, AmerikaSəfirliyinin beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş təqaüd proqramları və Amerika musiqi və caz mədəniyyəti haqqında BMA-nın müxtəlif ixtisaslar üzrətəhsil alan tələbələrinin suallarını cavablandıraraq maraqlı müzakirələr aparıb.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Uilyam R. Gillin BMA-nın rektoru və tələbə heyəti ilə görüşü xoş təəssüratlar və birlikdə çəkilmiş fotoilə başa çatıb.

 

BMA-nın Mətbuat xidmətinin əməkdaşı Əhmədova Minacat.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !