Nizami Gəncəvi əsərlərinin nadir əlyazma nüsxəsinin surəti Azərbaycana gətirildi -

Nizami Gəncəvi əsərlərinin nadir əlyazma nüsxəsinin surəti Azərbaycana gətirildi

AZpress.AZ xəbər verir ki, hal-hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyə Respublikasında elmi ezamiyyətdədir. Türkiyə Cümhuriyyətinin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də tanışlıq imkanı qazanıb. Akademik kitabxananın müdiri Menderes Velioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib.

 

Düşünürük ki, vaxtılə Ayasofiya Məbədi kitabxanasında qorunan Nizami əlyazmalarından biri olan bu nadir nüsxə Nizami irsinin daha dərindən tədqiqində nizamişünaslarımıza yardımçı olacaq.

Əlyazmalardan birinin təsvirini diqqətinizə çatdırırıq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !