BMA –da Detaşe violinoçular ansamblının 10 illiyinə həsr olunan konsert keçirilib - (+FOTO)

BMA –da “Detaşe” violinoçular ansamblının 10 illiyinə həsr olunan konsert keçirilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, 30 noyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının 10 illiyinə həsr olunan konsert keçirilib. İlk öncə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla xanım Bayramova ansamblın rəhbəri Xalq Artisti, professor Zəhra Quliyevanı təbrik edərək ona Qara Qarayevin yaradıcılığına həsr olunan yeni nəşrləri hədiyyə edib. Daha sonra isə “Detaşe” violinoçular ansamblının ifasında rəngarəng musiqi repertuarı bütün dinləyicilərə təqdim edilib(Ansamblı müşayiət edən: Səbinə Muradova). Bax-Quno-Ave Mariya, Hendel – Passakaliya, Sarasate – Sepeteada, Bom – Daimi hərəkət, Fore – Oyanış, Rubinşteyn – Cəhrə, Sviridov – Romans, Rimskiy-Korsakov – Arı uçuşu, T.Quliyev – Sevgi valsı, Qardel – Tanqo kimi əsərləri səsləndirən ansambl bütün dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !