Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları ... - +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

“Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları”... +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lerik rayonundakı Bırkandul kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam Həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, Lerik rayonundakı Nüvədi kənd orta məktəbində reallaşan tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında ölkəmizdə mövcud olan tolerant və multikultural dəyərlərdən bəhs edərək tarixən mövcud olan bu dəyərlərin kökünün xalqımızın keçmişindən irəli gəldiyini bildirib. Natiq dini radikalizm, zərərli vərdişlər və onların fəsadları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin Azərbaycan modeli, eləcə də, dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar haqqında geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, Ümummilli Lider tərəfindən qoyulan dövlətin din siyasəti hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. E.Həmidli gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması üçün onların elm və təhsilə yiyələnmələrinin vacibliyinə diqqət çəkib.
Məktəbin direktrou Zahid Səmədov, direktor müavini Balabəy Həmidov, Lerik rayonunun Bırkandul kənd məscidi dini icmasının sədri Şəfahət Heydərov və digərləri çıxışlarında bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən qorunmasında mühüm əhəmiyyəti olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !