Astarada İsa Muğannanın 90 illik yubileyi qeyd olunub - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Astarada İsa Muğannanın 90 illik yubileyi qeyd olunub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İsa Muğanna tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş bir çox əsərlərin müəllifidir.
AZpress.AZ xəbər verir ki, tədbirdən öncə İsa Muğannanın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib. Daha sonra ədibin mənalı ömür yolu barədə Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova məruzə edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli Sərəncamına əsasən Xalq yazıçısının 90 illik yubileyi ilə əlaqədər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da müxtəlif səpkili tədbirlər keçirilir.
Bildirilib ki, İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə 60 ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaradıb və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirib. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlardan yüksək sənətkarlıqla bəhrələnməsinin bariz nümunəsidir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !