Rafiq müəllim də qəflətən bizi tərk elədi... - - Məzahir Süleymanzadə yazır..

Rafiq müəllim də qəflətən bizi tərk elədi... - Məzahir Süleymanzadə yazır..

Bu şəkil düz 10 gün əvvəl çəkilib. Rafiq Salmanova Ahıl Jurnalistlər Məclisinin çapa hazırladığı "Keçmişə ehtiramla, gələcəyə inamla!" kitabına daxil edilmiş şəkillərini göstərirdim...
Təəssüf, çox təəssüf ki, Rafiq müəllim də qəflətən bizi tərk elədi. Onun ölüm xəbəri hamımızı sarsıtdı...
1949-cu il dekabrın 24-də anadan olmuş tanınmış fotojurnalist Rafiq Məmməd oğlu Salmanov uzun illər "Vışka", "Azərbaycan pioneri" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işləyib. 1990-cı ildən "Xalq qəzeti"nin fotomüxbiri idi. Bakıda, Moskvada, Almaniyada fərdi sərgiləri açılmışdı, çoxlu mükafatlara, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü...
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin üzvləri Rafiq Salmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, media ictimaiyyətinə dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !