QARABAĞ MÜNAQİŞƏSİNİN LƏTİFƏ MƏRHƏLƏSİ... - Asəf Quliyev

QARABAĞ MÜNAQİŞƏSİNİN LƏTİFƏ MƏRHƏLƏSİ... Asəf Quliyev

Dağlıq Qarabağ münaqişəsinin lətifə mərhələsindəyik. Bəli, bəli LƏTİFƏ. Lətifə sözünü anlamayanlara öyrəşdikləri dildə deyim – ANİKTOT!
Hər bir münaqişə kimi Dağlıq Qarabağ münaqişəsinin də mərhələləri var. Sözsüz ki, bu bir növ konfliktoloji məsələ olduğu üçün çox adam üçün əhəmiyyətli görünməyə bilər. Amma mərhələləri təhlil etmədən mövcud durumu, mövcud durumu təhlil etmədən isə çözümü tapmaq çətin olur və bəlkə də mümkünsüz olur. Ona görə də bu sahə ilə məşğul olanlar mütləq bu mərhələləri araşdırmalıdır.
Bu günə qədər yaşanan mərhələlər mütəxəssislərin araşdırmalı olduğu məsələdir. Amma biz bir millət toplum olaraq bugünkü mərhələ barədə mütləq xəbərdar olmalıyıq.

Bir daha təkrar edirəm. Bu gün Dağlıq Qarabağ münaqişəsinin LƏTİFƏ MƏRHƏLƏSİNİ yaşayırıq.

Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsinə lətifələr qoşulmasından getmir. Lətifələr yaşadığımız mərhələnin sadəcə bir elementidir. Və çox da təhlükəli deyil. Təhlükəli hər gün eşitdiyimiz və artıq gülüş doğuran informasiyalar və “ekspert” şərhləridir.
“Hər an müharibə başalya bilər”, “15 gündən sonra müharibə başlayır”, “Ermənistan bir dövlət olaraq yox olacaq”, “Ermənistanda xaos başlayıb”, “Masada yeni təkliflər var”, “Həmsədrlər regiona gəlir”, “Həmsədrlər bəyanat verdi”...
Bu sitatlar artıq gülüş doğurmurmu?
İş o yerə çatıb ki, hətta cəbhədə baş verən olaylar barədə informasiyalardan da lətifələr düzəldilir.
Artıq dörd ildir ki, Dağlıq Qarabağ münaqişəsinin internet media resurslarında işıqlandırılmasınının monitorinqini aparıram və qarşılaşdığım ən ağır nəticə MÜDAFİƏ NAZİRLİYİNİN CƏBHƏ XƏBƏRLƏRİ İLƏ BAĞLI OLDU. Bu gün internet media resurslarında ən az oxunan, yəni ən az marağa səbəb olan məhz cəbhə xəbərləridir.
Sizcə bu nəyin nəticəsidir?

İndi isə keçirəm gülüş doğuran və yalan olduğu bəlli olan informasiya başlıqlarına. Bu başlıqlar iki kateqoriyaya bölünür:
Birincisi: Mahiyyəti yalan olan və gülüş doğuran. Məsələn “Həmsədrlər bəyanat verdi”.
İkincisi: Oxucunu aldatmaq üçün düşünülən. Məsələn “Hər an müharibə başalya bilər” və yaxud da “Ermənistanda xaos başlayıb”.
Birinci kateqoriyaya informasiyaların mahiyyəti ondan ibarətdir ki, kimlərsə bizi aldatmağa çalışır və onların məqsədi bəllidir. İkinci kateqoriyaya informasiyalarla isə biz özümüz özümüzü aldatmağa cəhd edirik.
Gəlin heç olmasa özümüz-özümüzü aldatmayaq... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !