Cəhalətə qarşı ən böyük sipər, maneə məhz məktəb və müəllim... - - İxtiyar HÜSEYNLİ yazır..

Cəhalətə qarşı ən böyük sipər, maneə məhz məktəb və müəllim... - İxtiyar HÜSEYNLİ yazır..

AZpress.AZ xəbər saytı tanınmış jurnalist İxtiyar Hüseynlinin yaxın günlərdə müəllimə qarşı baş vermiş hadisə haqqındakı açıqlamasını təqdim edir:

Müəllimi təhqir edən, direktoru döyən, məktəbi «razborka» meydanına çevirən adamı nəinki «cəsur», «mərd» və «vətənpərvər» saymaq olar, o, heç insan, vətəndaş da deyil, mənim nəzərimdə…
Uğursuz aktyorun, nadanın törətdiyi zorakılıq adi xuliqanlıq əməli kimi qəbul edilə bilməz, bu, vəhşilikdir, müəllimin simasında sabahımıza qəsddir…
Cəhalətə, naqisliyə qarşı ən böyük sipər, maneə məhz məktəb və müəllim olduğundan, ilk zərbələr də məhz onlara dəyir…
Amma əsl zərbələr mənəviyyatımıza, təhsilimizin perspektivinə – demək, həm də dövlətimizin gələcəyinə dəyir…
«Drakon» ayamalı bu aktyor əslində, cəmiyyətə, onun işığına, ziyasına üç başlı əjdaha kimi, Cernobıl reaktivi kimi od püskürür...
O, yalnız saqqalı ilə yox, elə düşüncəsi, təfəkkürü ilə də İŞİD-in, Əl-Nusra-nın, Hizbullah-ın ruh əkizi olduğunu göstərdi…
Onun müəllimə yönələn zərbələri vəhabi-sünni-şiə radikallarının elmə, təhsilə, məktəbə qarşı yürütdükləri terrorun bir təzahürüdür, davamıdır…
Azan sədaları altında artıq eşidilməz olan məktəb zənginin səsini indi də bu nadan və nadanlar pozursa, həm də onları dəstəkləyənlər tapılırsa, demək sabahımıza ciddi təhlükə elə öz susqunluğumuz, layqeydliyimizdir…
Müəllimi və məktəbi, onların nüfuzunu qoruyaq - özümüz üçün, övladlarımız üçün, gözəl məmləkətimizin sabahı üçün…
Aktyorun fəaliyyət yeri isə səhnədir, əgər o yerini bilmirsə, demək islahı həbsdən keçməlidir… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !