İTKİN ÖVLADLARIN QAYITMASI - - Rafael Hüseyn (+ViDEO)

İTKİN ÖVLADLARIN QAYITMASI - Rafael Hüseyn (+ViDEO)

O müdhiş Şamaxı zəlzələləri görəsən bu zavallı kimi neçəsini birdəfəlik torpağın təkinə çəkib?
Kim bilir bəlkə Göygölü yaratmış dəhşətlidən dəhşətli Gəncə zəlzələsi zamanında da az sonra Nizaminin doğulacağı bu qədim şəhərdə heç Nizamidən geri qalmayan, çoxlu da əsərlər yazmış ötkün söz ustaları varmış?
Zəlzələ yerin üstünü altına çevirib, onminlərlə başqaları kimi alimi də, şairi də, memarı da, rəssamı da… elə yaratdıqları ilə birgə, evil-eşikli sovurub, yox edib və beləcə, neçə-neçə yaşamalı irs və iz büsbütün yaddan çıxıb.
Heç onları xatırladacaq şahidlər də qalmayıb.
Şahidlər də həmin qurbanlarla bərabər qeybə çəkilib.
Şakir Şirvani o cür kəc talelilərdəndir.
Seyid Əzim Şirvani (1835-1888) vaxt ötdükcə dəyəri daha çox artan təzkirəsini tərtib edəndə Qafqaz şairlərinə məxsusi fəsil ayırmış, hər biri haqqında topladığı məlumatlarla yanaşı, öz müşahidələrini də yığcam, fəqət yükü ağır olan xəsis deyişləriylə o soraqlara qoşmuşdu.
Şakir Şirvanidən bircə şeir, haqqındasa sükut.
Salman Mümtaz kimi bilici də Şakir Şirvani haqqında kəlmə kəsmir.
Yalnız arxivində qalmış “Azərbaycan şairlərinin siyahısı”nda Şakir Şirvaninin elə quruca adını çəkir.
Firidun bəy Köçərli də Şakir Şirvaninin bir şeirini misal gətirərək barəsində heç nə demir.
Yalnız 1944-cü ildə Şirvanlı Şakirin bir neçə şeirini tapan Həmid Araslı Azərbaycan oxucusuna onunla ilgili ilk dəfə söhbət açır.
40 il sonra “XVIII əsr Azərbaycan lirikası”nı tədqiq edən Araz Dadaşzadə Şakir Şirvanini yenidən dindirir, amma şair barədə yalnız elə Həmid Araslının qısa bilgisini təkrarlayır.
Şakir Şirvani məchulluq dumanında qalmaqda davam edir.
Niyə?
Niyəsini sabahkı verilişimizi dinləsəniz təfərrüatı ilə biləcəksiniz.
Ancaq bəri başdan onu deyim ki, illər boyu apardığım axtarışlar nəticəsində müxtəlif cünglərdən Şakir Şirvaninin bir kitablıq itkin şeirini toplamağa müvəffəq olmuşam.
Sağlıq olsun, çox çəkməz, həmin kitabı da vəqələrsiniz.
Hələliksə…


Noyabrın 24-də saat 22.10-da Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi XVIII əsrin az anılan, əslində unudulmuş deyə biləcəyimiz Azərbaycan şairi Şakir Şirvaniyə həsr ediləcək.. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !