Tanınmış jurnalist İxtiyar Hüseynli Ramil Usubov tərəfindən mükafatlandırıldı - (+FOTOLAR)

Tanınmış jurnalist İxtiyar Hüseynli Ramil Usubov tərəfindən mükafatlandırıldı (+FOTOLAR)

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən mükafatlandırıldım. Təşəkkür, cənab nazir! 

İxtiyar Hüseynli

 

                                                                                  ***

 

Ramil Usubov iki jurnalisti mükafatlandırıb

 

Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər sırasında tariximizi, polis əməkdaşlarının çətin və şərəfli xidmətini, Vətənə, xalqa, dövlətçiliyə sədaqətini, qəhrəmanlığını təcəssüm və tərənnüm edən yaradıcılıq işləri üzrə elan olunmuş müsabiqə başa çatıb.

DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, seçimə onlarla yaradıcılıq məhsulu təqdim edilib və artıq “yarış”a yekun vurulub.

“Azərbaycan”qəzetinin şöbə müdiri İxtiyar Hüseynlinin “İstiqlalın canlı sipərləri” yazısı “Ən yaxşı oçerk”, AzTV-nin əməkdaşı Tural Məmmədovun “Azərbaycan Polisi-100” sənədli filmi isə “Ən yaxşı film” nominasiyaları üzrə mükafata layiq görülüb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsabiqənin qaliblərini qəbul edib.

Nazir mükafatçı jurnalistləri təbrik edərək Azərbaycan Polisinin şanlı tarixini, çətin və şərəfli xidmətini yüksək peşəkarlıqla işıqlandırdıqlarına görə onlara təşəkkürünü bildirib. O, polisin 100 illiyi münasibətilə elan edilmiş müsabiqənin tam şəffaf şəkildə keçirildiyini, ekspert qrupu tərəfindən tələblərə cavab verən yaradıcılıq nümunələrinin ədalət prinsipləri əsasında müəyyən edildiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, müsabiqənin şərtlərinə, sənətkarlıq xüsusiyyətlərinə, Azərbaycan Polisinin xidmətini daha layiqincə geniş oxucu kütləsinə və tamaşaçı auditoriyasına təqdim edə bildiyi üçün adı çəkilən jurnalistlər fərqləniblər.

Nazir Ramil Usubov keçirilən bu cür tədbirlərin polis-media münasibətlərinin daha da dərinləşməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, ölkəmizdə multikultural dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Müsabiqənin qalibləri yaradıcılıq nümunələrinə yüksək qiymət verdiyinə və səmimi qəbula görə daxili işlər nazirinə minnətdarlıqlarını bildiriblər.

Sonra onlara diplomlar, pul mükafatları təqdim olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !