Bir oğlunu Vətənə qurban verən valideynlər , bu gün digər oğullarına toy etdilər... - +FOTOLAR ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ)

Bir oğlunu Vətənə qurban verən valideynlər , bu gün digər oğullarına toy etdilər... +FOTOLAR ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ)

AZpress.AZ xəbər verir ki, 1991-ci ildə Beyləqan rayonunun II Şahsevən qəsəbəsində anadan olub , 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Ayaz ələkbər oğlu Hüseynovun qardaşının toy məclisi oldu .
Dəfn mərasiminə qatılan minlərlə rayon sakini , şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri bu gün yenə bu qapıya cəm olmuşdular .
Şəhidin qardaşının xeyir işinə .
General-mayor Mais Bərxudarov , Xocavənd rayon Icra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və ailənin sevincinə şərik olan Beyləqan və Xocavənd Rayonlarının Özünümüdafiə batalyonunun veteranları həmişəki kimi "vəzifə" başında hazır idilər .
Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilən şəhid Ayaz Hüseynovun atası ələkbər kişi bu gün "Azərbaycanın Xalq Cumhuriyyətinin 100 illiyi {1918-2018} Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildi .
Bəyin atası ələkbər kişi bütün qonaqlara təşəkkür etdi .
Ictimailəşdirilmiş toy , adət-ənənələrimiz , Milli və Vətənpərvər musiqilərimiz , elin ağsaqqal və ağbirçəklərinin bəy və gəlinə xeyir-duaları ilə çox gözəl keçirildi . 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !