Bank BTB eManat terminallarında yeni növ ödəniş imkanları yaradıb -

“Bank BTB” eManat terminallarında yeni növ ödəniş imkanları yaradıb

AZpress.AZ xəbər verir ki, “Bank BTB” eManat terminallarında ödənişlər üzrə funksiyaların genişləndirilməsini başa çatdırıb.


Artıq eManat terminallarında müştərilərə depozitin və hesabın artırılması, karta mədaxil və hüquqi şəxslərin və sahibkarların hesabına mədaxil kimi yeni seçim imkanları təqdim olunub. Belə ki, müştəri kodu və doğum tarixini daxil etməklə həm mövcud depoziti artırmaq, hesabı artırmaq, həm də karta mədaxil etmək mümkündür. Hüquqi şəxslər və sahibkarların hesabına mədaxil bölməsində isə VÖEN nömrəsini daxil etməklə təqdim olunan seçimlər üzrə ödənişlər həyata keçirilə bilər.
Xatırladaq ki, bundan əvvəl “Bank BTB”nin müştəriləri eManat terminallarında yalnız kredit ödənişi və sifarişi həyata keçirirdilər.
Qeyd edək ki, bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !