Mastercard Azərbaycan banklarını mükafatlandırıb - (+FOTOLAR)

“Mastercard” Azərbaycan banklarını mükafatlandırıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakıda “Mastercard” beynəlxalq ödəniş texnolgiyaları şirkətinin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşları ilə görüşü keçirilib. Artıq üçüncü ildir ki, keçirilən tədbir zamanı innovasiyalar və rəqəmsal texnologiyaların inkişafı mövzuları müzakirə edilr və Azərbaycandakı tərəfdaşlar üçün mükafatlandırma mərasimi təşkil olunur.

Tədbirdə açılış nitqi ilə çıxış edən "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar sürətlə inkişaf edən Azərbaycan bazarının şirkət üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və "Mastercard"ın bu bazarda uzunmüddətli öhdəliyinə sadiq qalacağını qeyd edib.

Daha sonra "Mastercard"ın Azərbaycan və Türkiyə üzrə marketinq üzrə direktoru Ceren Türkben Kaya "Rəqəmsal müştərilərlə necə əlaqə qurmalı" mövzusunda təqdimatla çıxış edib.

Sabancı Universitetinin baş professoru və bir çox mühüm təşkilatların müşaviri Özgür Demirtaş isə qlobal iqtisadiyyatların sürətlə dəyişən paradiqmalarından, maliyyə dünyasının gələcəyindən və yaxın zamanda tətəbiq olunacaq yeni texnologiyalardan danışıb.

Görüş bankların 2017-ci ildə fəaliyyətlərinə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə davam edib.

Belə ki, “Platinum”, “Black Edition” və “World Elite” kartlarının sayını ən çox artıran bank – “Expressbank”, “Gold” və “Standard” kartlarının sayını ən çox artıran bank – “Unibank, “Debit Mastercard” kartlarının sayını ən çox artıran bank – “Kapital Bank”, “Debit Mastercard” kartlarının sayını nisbət olaraq ən çox artıran bank – Azərbaycan Beynəlxalq Bankı, ən kreativ və innovativ “Mastercard” məhsulunu və ya xidmətini təklif edən bank isə – “Bank of Baku” olub. Digər banklar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !