Bank BTB hüquq xidməti alanlara pulsuz bank kartı hədiyyə edir! -

“Bank BTB” hüquq xidməti alanlara pulsuz bank kartı hədiyyə edir!

AZpress.AZ xəbər verir ki, “Bank BTB” və “Avropa Hüquq Xidməti” yeni kampaniyaya start verib. “Bank BTB”də “Hüquq24”
xidmətini əldə edən hər müştəriyə bankdan plastik kart hədiyyə olunacaq. Əldə olunan bank kartları
vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin,
müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal
vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər.
Xatırladaq ki, “Hüquq24” müxtəlif kateqoriyalar üzrə müştərilərinə məhdudiyyətsiz şifahi hüquqi
məsləhət, sənədlərin hüquqi ekspertizası, müqavilələrin hazırlanması üzrə təlimat və bu kimi digər hüquqi
xidmətlər təklif edir. “Pensiyaçı”, “Yaşayış”, “Avtosürücü”, “Mənim hüququm”, “Layt+”, “Standard”, “Ailə”
və “Biznes” kateqoriyaları üzrə 1 illik hüquqi xidmət tarifi 30 manatdan 125 manatadək dəyişir. “Bank
BTB”dən xidməti əldə edən müştəriyə kateqoriyadan asılı olaraq 1, 2 və ya 3 plastik kart hədiyyə olunur.
Qeyd edək ki, müştərilər həm hüquq xidmətlərini, həm də hədiyyə olunan bank kartlarını “Bank
BTB”nin istənilən xidmət nöqtəsindən əldə edə bilərlər. Bankın xidmət nöqtələri ilə
https://www.btb.az/az/officees linkindən tanış omaq mümkündür.
Bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və
ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə ( www.facebook.com/bankbtb )
daxil ola bilərsiniz. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !