Bakı Musiqi Akademiyasından xəbərlər... - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasından xəbərlər... (+FOTOLAR)

Sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festival çərçivəsində keçirilən növbəti konsert proqramı 19 sentyabr 2018-ci il tarixində “Gələcəyə inam” müasir musiqi layihəsi Ü.Hacıbəylinin adını daşıdığı musiqi ocağı Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas Fortepiano kafedrasının Professoru, Əməkdar İncəsənət xadimi Ülviyyə Hacıbəyova solist qismində çıxış edərək Nazim Əliverdibəyovun “Bayatı Şiraz”, Əfrasiyab Bədəlbəylinin “Vals”, Firəngiz Əlizadənin “Fortepiano üçün musiqi”, İqor Stravinskinin “Reqtaym” və digər musiqi nümunələrini səsləndirib. Konsert gur alqışlar ilə sona çatıb.

 

                                                                                  ***

 

AZpress.AZ xəbər verir ki, 19 sentyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı dinləyicilərə təqdim edilib.
“Üzeyir Hacıbəylinin musiqisi əbədidir” adlı konsertdə Azərbaycan Televiziya və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (Dirijorlar: Faiq Sadıqov və Mustafa Aşurov) müşaiəti ilə solistlər: Gülnaz İsmayılova, Cahangir Qurbanov, Afaq Abbasova, Nərgiz Kərimova, Fərid Əliyev, İlahə Əfəndiyeva, Kazım Fəxri-Nicat, Bəsti Qasımova, Anar Şuşalı, Pərviz Qasımov, Ayşən Mehdiyevanın bənzərsiz ifalarında görkəmli bəstəkar Ü.Hacıbəylinin zəngin yaradıcılığından olan musiqi parçaları- (“Koroğlu” operasından Uvertüra, Koroğlunun ariyası, Nigarın ariyası, “Arşın mal alan” operettasından Əsgərin ariyası, Əsgər və Gülçöhrənin dueti, Qızların rəqsi, “Şəfqət bacısı”), M.Maqomayev “Nərgiz operasından Nərgizin ariyası, RV-B (Radio marşı), F.Əmirov “Şeyx Sənan” tamaşasından Kor ərəbin mahnısı yüksək peşəkarlıqla dinləyicilərə çatdırılaraq gur alqışlar ilə sona çatıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )



 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !