Biz, bir millət iki dövlətik! devizi altında ədəbi-bədii gecə keçirilib - +FOTOLAR ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ)

“Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii gecə keçirilib +FOTOLAR ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ)

AZpress.AZ xəbər verir ki, “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii gecə keçirilib.Azərbaycan Respublikası ”Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” və “Xocalı Soyqırımını Tanıtma”ictimai birlikləri sivil dünyada ölkəmizin, xüsusən də Qarabağ faciəsinin, Xocalı soyqırımının tanıdılmasından ötrü məqsədyönlü fəaliyyət göstərirlər. Hər iki Təşkilatın rəhbərləri-Milli Məclisin deputatı Qənirə Paşayeva və Qarabağ qazisi Şamil Sabiroğlu mütəmadi olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində bir-birindən maraqlı tədbir təşkil edirlər.
Bakının erməni daşnakları və onların havadarlarının işğalından azad edilməsinin 100-cü ildönümü ərəfəsində Respublika “Gəncliyə Yardım Fondu”nda təşkil edilən tədbir də bu baxımdan çox önəmliydi. “Biz, bir millət, iki dövlətik!”devizi altında keçirilən tədbirdə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin istehsalı olan “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film nümayiş edildi. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu :
-Sentyabrın 15-i Bakının erməni işğalından azad edilməsinin 100-cü ildönümü tamam olur. Hamımıza yaxşı məlumdur ki, Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanın komandanlığı altında Bakı şəhəri, habelə, Respublikamızın bəzi şəhər və rayonları qısa müddətdə düşmən tapdağından azad olundu. Təbii ki, itgilər də oldu. Azərbaycan vətəndaşları 1918-ci ilin sentyabr ayında Türkiyədən kömək məqsədilə Azərbaycana gələn, bütövlükdə dövləti məhv olmaq təhlükəsindən xilas edən insanları unutmur. Nuru Paşa, ənvər Paşa, Kazım Karabəkir Paşa...kimi xilaskar ad-soyadlar dillər əzbəridir. Ş.Sabiroğlu, “Biz, bir millət, iki dövlətik!” devizi altında keçirilən ədəbi-bədii gecənin baş tutmasında zəhməti olan hər bir şəxsə, xüsusən də, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı cənab Rövşən Rzayevə, “Gəncliyə Yardım Fondu”nun Prezidenti cənab Ahmet Tecimə, habelə, Türkiyənin Kastamonu vilayətindən gələn tələbə-gənclərə rəhbərlik etdiyi Təşkilatın bütün fəalları adından təşəkürünü bildirdi.
Azərbaycan Respublikası “Gəncliyə Yardım Fondu”nun Prezidenti Ahmet Tecim qonaqları rəhbərlik etdiyi ofisdə qarşılamaqdan hədsiz məmnun olduğunu bildirdi. O, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!”fikrini xatırlatdı. Qeyd etdi ki, tədbirin devizi olan və Ulu Öndər Heydər Əliyevə məxsus “Biz, bir millət, iki dövlətik!” fikri də çox mühüm əhəmiyyət daşıyır. Beynəlxalq səviyyəli toplantıların birində işğalçı Ermənistanın sabiq Dövlət Başçısı Serj Sarqsyan Türkiyənin Sabiq Baş Naziri Rəcəb Tayib Ərdoğanın və bütövlükdə Türkiyə Cümhuriyətinin əleyhinə danışdıqda ayağa qalxan və böyük cəsarətlə: “Bu günkü toplantıda Türkiyə dövlətinin nümayəndəsi iştirak etmirsə, Azərbaycan Respublikasının Prezidenti kimi mən burdayam”-deyən cənab İlham Əliyevi daim hörmətlə xatırlayırıq. Bu cür əlaqələr hər iki dövlətin maraqları çərçivəsində daha da inkişaf etdirilir. Mən, “Biz, bir millət, iki dövlətik!” devizi altında keçirilən ədəbi-bədii gecənin iştirakçılarını salamlayır və ən xoş arzularımı bildirirəm.
Milli Məclisin deputatı Xanım Sona Əliyeva son 200 il ərzində erməni terrorizminin nəinki Cənubi Qafqazda, hətta, İran İslam Respublikasının, qardaş Türkiyə Cümhuriyyətinin və Gürcüstanın ərazisində törətdikləri misilsiz vəhşiliklərin unudulmaması üçün uşaq, yeniyetmə və gənclər arasında təbliğat işini daha da məqsədəuyğun qurmağın zəruriliyini qeyd etdi.
Sona xanım nümayiş edilən sənədli filmdə erməni terrorizminin iç üzünün açıldığını xüsusi vurğuladı.

Tədbirdə “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin İcraçı direktoru, Laçın rayonunun Alxaslı kəndindən məcburi köçkün əjdər Hümbətov və ”Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” ictimai birliyinin sədri Qənirə Paşayevanın dəvətilə Azərbaycana qonaq gələn Türkiyənin Kastamonu vilayətinin 4 fəal gənci-Cansel Nur Komye, Betül Keloğlu, Buse Nur Keloğlu və Elif Maraz iştirak və çıxış etdilər.
Bakıdakı 155 nömrəli tam orta məktənin 6-cı sinif şagirdləri Cəmilə Heydərova və Nuray Sadıqzadə hər iki dövlətin dostluğunu tərənnüm edən şeirlər söylədilər.
Sonda Türkiyədən gələn qonaqlara qiymətli hədiyyələr təqdim edildi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !