Azərbaycanın maye qızılı: - təbii dağ balı

Azərbaycanın maye qızılı: təbii dağ balı

Nəşrin müəllifləri ölkənin bal dəyər zəncirini öyrənmək məqsədilə Azərbaycanın Gəncə, Şəki və Qax rayonlarına səfər etmişdilər.

 

Onlar əla keyfiyyətli Azərbaycan balının bazarda yüksək qiymətə malik olduğunu, lakin Azərbaycan hökumətinin arıçılığa dəstək vermək istiqamətində böyük səylərinə baxmayaraq, sektorda daha çox artıma nail olmaq üçün hələ də işlərin görülməli olduğunu müəyyən etmişlər.

 

Balçılıq təsərrüfatlarından birinin əməkdaşı arı beçələrinə səhər baxışı həyata keçirir. Foto: ©FAO/Tofiq Babayev

 

“Bu sektorda aradan qaldırılması vacib olan ən böyük boşluqlar fermerlər arasında əməkdaşlığın olmaması, Arıçılar Birliyinin potensialının aşağı olması və məhsulun satışı ilə bağlı məhdudiyyətləridir”, - deyə Çenq bildirir.

 

Azərbaycanın qanunvericilik mühiti beynəlxalq standartlara cavab verdiyindən və kənd təsərrüfatı sektorunun inkişafına dəstək verdiyindən, qida dəyərləri zəncirlərini inkişaf etdirmək baxımından əlverişlidir. Araşdırma müəllifləri qiymət zəncirlərində qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi baxımından hüquq mühafizə orqanlarının imkanlarına və təftişlərə daha çox diqqət yetirməyi tövsiyə edirlər. Qida təhlükəsizliyi standartlarına riayət etmək və məhsul yığımından sonrakı mərhələni təkmilləşdirmək, araşdırmalar zamanı aşkar edilmiş ərzaq itkilərinin azalmasına kömək edə və fermerlərə məhsullarını beynəlxalq bazarlara çıxarmaq imkanı verə bilər.

 

Hökumət, özəl sektor və qeyri-hökumət təşkilatları üçün dəyərli məlumatlar təqdim etmək məqsədi daşıyan, sərbəst şəkildə əldə oluna bilən, ingilis dilində hazırlanmış bu nəşrdə ölkənin biznes mühiti, maliyyə vasitələrinə çıxış imkanları, istehsalın dəstəklənməsi və kənd təsərrüfatı istehsalından sonrakı dəyər zəncirinin inkişafına dair müzakirələr yer alır. Tədqiqatın əsas məqsədi yeni perspektivlərin yaxşılaşdırılmasına və daha məqsədyönlü dəyər zəncirlərinin inkişafına kömək etmək və regionda kənd təsərrüfatı ərzaq məhsullarının rəqabət qabiliyyətini artırmaqdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !